Ankarada kritik görüş - 2 ölkənin rəsmiləri bir-birinə girdi (VİDEO)

11:06 - 05 May 2023

Ankarada kritik görüş - 2 ölkənin rəsmiləri bir-birinə girdi (VİDEO)

Qara Dəniz İqtisadi Əməkdaşlıq Parlament Assambleyasının (QDİƏT) 30-cu ildönümü ilə əlaqədar Ankarada Parlament Sədrlərinin Zirvə Toplantısı keçirilib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bir ildən artıqdır ki, müharibə şəraitində olan Rusiya və Ukrayna tərəfləri arasında insident yaşanıb. Sammitdə Rusiya nümayəndə heyətinin rəhbərinin müavini Olqa Timofeyevanın çıxışı zamanı Ukrayna nümayəndə heyəti Timofeyevanın arxasında dayanaraq, ultra-millətçi “Sağ sektor” (Pravy Sektor) təşkilatının bayrağını açıb və Rusiya əleyhinə şüarlar səsləndirib.

Rusiya nümayəndə heyəti ukraynalıların bu hərəkətinin qarşısını almağa çalışarkən tərəflər arasında qısamüddətli mübahisə yaranıb. Ukrayna nümayəndə heyətinin rəhbəri Anna Purtova Timofeyevanın çıxışı boyu öz yerini boş saxlayıb.

Ukrayna nümayəndə heyətinin bayraqla etirazına Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop müdaxilə edib. İclasda fasilə verən Şəntop iş qaydasını pozan komitənin zaldan çıxarılmasını tələb edib. "Kimə söz vermişiksə burada o danışacaq. Bu görüşün təhlükəsizliyini və nizamını pozmağa qoymayacağam. Kimin belə bir niyyəti varsa, çıxsın".

Lakin gərginlik dəhlizdə də davam edib. Ukraynalı deputat Aleksandr Marikovskinin əlindəki Ukrayna bayrağı qəfildən rusiyalı nümayəndə Valey Stavitski tərəfindən götürülüb. İki rəsmi bir-birinə girərkən həmin anlar da lentə alınıb.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az