Bu ölkədə 6,3 bal gücündə zəlzələ baş verdi

11:09 - 05 May 2023

Bu ölkədə 6,3 bal gücündə zəlzələ baş verdi

Yaponiyanın İşikava prefekturasında 6,3 bal gücündə zəlzələ baş verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Yaponiya Meteorologiya Agentliyi İşikava sahillərində Noto yarımadasında 6,3 bal gücündə zəlzələ baş verdiyini açıqlayıb.

Yerli vaxtla saat 14:42-də 10 kilometr dərinlikdə baş verən təkandan sonra bölgədə “nəhəng dalğa” xəbərdarlığı olmayıb.

Şiddətli silkələnmə bütün sahilyanı İşikava ştatında, xüsusən də Vacima və Suzu şəhərlərində hiss olunub.

NHK Dövlət Televiziyasının məlumatına görə, zəlzələ Yaponiya dənizi (Şərq dənizi) sahillərindəki Niiqata, Toyama və Fukui şəhərlərində də hiss olunub.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az