Polşanın Varşava Bələdiyyəsinin Rusiyanın Varşavadakı səfirliyinin uşaqlarının təhsil aldığı orta məktəb binasını ələ keçirməsindən sonra iki ölkə arasında yaranan böhran daha da böyüyür.
Manset.az xəbər verir ki, Polşa Xarici İşlər Nazirliyi Rusiyanın Varşavadakı səfiri Siergiej Andriejew-i nazirliyə çağıraraq etiraz notası verib.
Polşa Xarici İşlər Nazirliyinin sözçüsü Lukas Jasina verdiyi açıqlamada, sözügedən notanın Rusiya prezidentinin uşaq hüquqları üzrə keçmiş müvəkkili Pavel Astahov tərəfindən Polşanın Moskvadakı səfirinin qətli ilə bağlı çağırışından qaynaqlandığını bildirib: “Polşa tərəfi bu vəziyyətə kəskin etiraz etdi və dərhal cinayət işi başlamasını tələb edir".
O, cinayətkarın qapını açaraq cəzalandırılacağına ümid etdiyini bildirib.
Jalə