Hollivud ulduzu paylaşımında Azərbaycandan bəhs etdi

23:49 - 05 May 2023

Hollivud ulduzu paylaşımında Azərbaycandan bəhs etdi

Hollivud ulduzu Vin Dizel 97,2 milyon izləyicisi olan instaqram səhifəsindəki paylaşımı ilə azərbaycanlıların marağına səbəb olub.

 

Manset.az Axşam.az-a istinadən  xəbər verir ki, videoda aktyor hazırda Mayamidə olduğunu və "Formula" yarışlarını izləməyə getdiyini vurğulayıb.

Dizel qeyd edib ki, Azərbaycanda "Formula 1" yarışlarında yer alan maşınların orada necə yığıldığını izləməyə yollanıb.

Xatırladaq ki, Bakıda "Formula 1" yarışları aprelin 30-da başa çatıb. 

Vin Dizelin Mayamiyə səfərinin əsas məqsədi mayın 17-də dünya premyerası olacaq "Forsaj" filminin tanıtımı ilə bağlıdır. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az