Sərnişinlər və pilotlar içkili sərnişini təyyarədən sürüyüb çıxardılar - VİDEO

09:08 - 06 May 2023

Sərnişinlər və pilotlar içkili sərnişini təyyarədən sürüyüb çıxardılar - VİDEO

Təyyarədə dava salan sərnişin əllərindən və ayaqlarından tutularaq hava gəmisindən çıxarılıb. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

 

Manset.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Şotlandiyanın Qlazqo şəhərindən Türkiyənin Dalaman şəhərinə yollanan reys zamanı baş verib.

Məlumata görə, “Jet2” təyyarəsi havada olarkən sərxoş sərnişin heyət üzvləri ilə əlbəyaxa dava edib və stüardessalara təhqir yağdırıb. Nəticədə təyyarə Bolqarıstanın Sofiya şəhərində fövqəladə eniş etməli olub.

Sərnişin təyyarəni tərk etmək istəmədiyi üçün qollarından və əllərindən tutularaq təyyarədən çıxarılıb.

Baş verənlərə görə təyyarə təyinat yerinə iki saat gecikib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az