NATO və Ukrayna dialoqa başladı

22:27 - 26 May 2023

NATO və Ukrayna dialoqa başladı

NATO və Ukraynanın nümayəndələri mayın 25-26-da Brüsseldə elmi və ekoloji əməkdaşlıq üzrə işçi qrupunun iclasını keçirib və burada yüksək səviyyəli innovasiyalar üzrə dialoqa başlayıblar.

 

Manset.az report-a istinadən xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

"Bu dialoqun başlanması həm kommersiya, həm də müdafiə məqsədləri üçün innovasiyaların inkişafı ilə bağlı fikir mübadiləsi aparmaqla NATO və Ukrayna arasında mövcud tərəfdaşlığı genişləndirmək məqsədi daşıyır", - sənəddə qeyd edilib.

Alyans həmçinin innovasiya dialoqu çərçivəsində mütəxəssislərini Ukraynaya göndərəcəyini vəd edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az