Alimlər ölüm sayının artmasının əsas səbəblərindən birini AÇIQLADI

21:31 - 27 May 2023

Alimlər ölüm sayının artmasının əsas səbəblərindən birini AÇIQLADI

Alimlər hər il dünyada əhalinin ölüm sayının artmasının əsas səbəblərindən birini açıqlayıb.

 

Manset.az  Axşam.az-a istinadən xəbər verir ki, aparılan araşdırmalara görə son zamanlar ölümlərin artmasına əsas səbəblərdən biri kimi insanların hərəkətsizliyi göstərilib.

Dünya Ürək Federasiyası artan ölümlərin 6 faizinin insanların hərəkətsizliyi ilə bağlı olduğunu qeyd edib. Bildirilib ki, gündə ən az 1 saat ayaqla gəzməlisiniz. əgər oturaq işdə işləyirsinizsə, hər 1 saatdan bir ayağa qalxıb yerinizdə hərəkətlər edin. 

Hazırki dönəmdə dünya əhalisinin böyük hissəsi şəkərli, duzlu və piylənməyə meyilləndirən qidalara üstünlük verir. Məhsulların düzgün şəraitdə saxlanılmaması 10 ölüm halından 4-nə səbəb kimi göstərilir.

Alimlər siqaret çəkənlərə də xəbərdarlıq edib. Əgər onu birdəfəlik tərgidə bilmirsinizsə, gündə istifadə sayını azaldın.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az