Ukrayna gecə raket və dronlarla hücuma məruz qalıb - VİDEO

10:27 - 29 May 2023

Ukrayna gecə raket və dronlarla hücuma məruz qalıb - VİDEO

Mayın 29-u gecə Ukraynanın bir sıra bölgələrində hava hücumu xəbərdarlığı elan edilib.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, Xerson, Nikolayev, Kirovoqrad, Çerkassı, Poltava, Sumı, Çerniqov, Kiyev və Donetsk vilayətləri həyəcan xəritəsində qırmızı ilə göstərilib.

Kiyev Regional Hərbi İdarəsi PUA-lardan istifadənin təhlükəsi barədə məlumat yayıb.

"Hava Hücumundan Müdafiə Qüvvələri artıq işləyir. Heç bir halda müdafiəçilərimizin işini çəkməyin və internetdə yerləşdirməyin. Hava hücumu bitənə qədər sığınacaqlarda qalın", - mesajda deyilir.

Məlumata görə, Rusiya tərəfi qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə hücuma keçib.

Bütün hədəflərin məhv edildiyi, ölən və yaralanan olmadığı qeyd olunub.

Hücum nəticəsində bir neçə rayonda yaşayış binalarına və infrastruktur obyektlərinə ziyan dəyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az