İranın Səudiyyədəki səfirliyi açıldı

21:28 - 06 İyun 2023

İranın Səudiyyədəki səfirliyi açıldı

Bu gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda İran səfirliyinin açılış mərasimi keçirilib.

 

Manset.az  xəbər verir ki, bu barədə "Əl-Ərəbiyyə" telekanalı məlumat yayıb.

Açılış mərasimində İran və Səudiyyə Ərəbistanı Xarici İşlər nazirliklərinin nümayəndələri iştirak ediblər. Tədbirə İranın Səudiyyə Ərəbistanındakı yeni səfiri Əlirza Enayəti də qatılıb.

Qeyd edək ki, Tehran və Ər-Riyad bir neçə ay əvvəl münasibətləri bərpa etmək barədə razılığa gəliblər. Razılaşma Çinin vasitəçiliyi ilə əldə olunub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv