Həbsxanada yanğın oldu: 44 nəfər öldü

20:26 - 09 Sentyabr 2021

Həbsxanada yanğın oldu: 44 nəfər öldü

İndoneziyanın Banten əyalətinin Tanqeranq şəhərindəki həbsxanada baş verən yanğın nəticəsində ölənlərin sayı 44-ə çatıb.

Manşet.az xəbər verir ki, bu barədə "France-Press" agentliyi ədliyyə və insan hüquqları naziri Cason Laoliyə istinadən məlumat yayıb.

Qeyd edək ki, yanğın ötən gün səhər saatlarında qeydə alınıb.

Yanğının dəqiq başvermə səbəbləri məlum olmasa da, enerji təchizatı sistemindəki problemlər səbəbindən yarana biləcəyinə dair versiya irəli sürülür.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az