Aİ Azərbaycanı bu siyahıdan çıxardı

21:49 - 09 Sentyabr 2021

Aİ Azərbaycanı bu siyahıdan çıxardı

Avorpa İttifaqı koronavirusla bağlı epidemik vəziyyət pisləşdiyindən birliyin xarici sərhədlərinin açılmasının tövsiyə olunduğu ölkələrin siyahısına yenidən baxmaq qərarına gəlib.

Manşet.az qafqazinfo-ya istinadən xəbər verir ki, Azərbaycan da daxil olmaqla 6 ölkə siyahıdan çıxarılıb, Uruqvay isə əlavə edilib. Siyahıdan çıxarılan ölkələr Azərbaycan, Albaniya, Serbiya, Ermənistan, Bruney və yaponiyadır.

Aİ-nin səyahət məhdudiyyətlərinin qaldırılması tövsiyə olunan dövlətlər siyahısına hazırda 13 ölkə daxildir: Avstraliya, Bosniya və Herseqovina, Kanada, İordaniya, Yeni Zelandiya, Qətər, Moldova, Səudiyyə Ərəbistanı, Sinqapur, Cənubi Koreya, Ukrayna, Uruqvay, Çin.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az