Yenidoğulmuş körpə koronavirusun qurbanı oldu

22:45 - 09 Sentyabr 2021

Yenidoğulmuş körpə koronavirusun qurbanı oldu

Ukraynada yenidoğulmuş körpə koronavirus infeksiyası səbəbiylə yaranan ağciyər çatışmazlığından ölüb.

Manşet.az xarici KİV-ə istinadən bildirir ki, o, COVID-19-a ana bətnində yoluxub. Dünyaya gələndən 14 gün sonra körpə qız nəfəs darlığı, intoksikasiya və yüksək hərarətlə xəstəxanaya yerləşdirilib.

Dərhal intubasiya edilsə də həkimlər körpənin həyatını xilas edə bilməyiblər.

O, Ukraynada koronavirusun ən gənc qurbanı olub.

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az