Nazirlərin olduğu təyyarə avtomobil yoluna təcili eniş etdi - VİDEO

23:12 - 09 Sentyabr 2021

Nazirlərin olduğu təyyarə avtomobil yoluna təcili eniş etdi - VİDEO

Hindistan Hərbi Hava Qüvvələrinə məxsus “С-130J Super Hercules” təyyarəsi avtomobil magistralına eniş edib.

Manşet.az xəbər verir ki, hadisə ölkənin Racastxan ştatında hərbi təyyarələrin təcili enişi üçün istifadəyə verilən avtomobil yolunun açılışı münasibətilə gerçəkləşib.

Təyyarənin göyərtəsində Hindistanın müdafiə naziri Racnatx Sinqx və nəqliyyat naziri Nitin Qadkari olub.

Təcili eniş zolağı 19 ay ərzində inşa edilib.

Bütövlükdə, ölkədə 20 belə avtomagistralın yaradılması planlaşdırılııb.///oxu.az

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az