Vaksindən imtina edən məmurlara XƏBƏRDARLIQ OLUNDU

23:16 - 09 Sentyabr 2021

Vaksindən imtina edən məmurlara XƏBƏRDARLIQ OLUNDU

ABŞ-da koronavirusa qarşı vaksindən imtina edən məmurlara xəbərdarlıq olunub.

Manşet.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki bildirib.

Psaki deyib ki, federal hökumətin işçiləri peyvənddən imtina etdikləri təqdirdə işdən çıxarılacaq.

"Ümid edirəm ki, məsələ işdən çıxarılmaq həddinə qədər çatmayacaq. Bizim vəzifəmiz peyvəndlərin təhlükəsizliyi və effektivliyi haqqında federal hökumət rəsmilərinə məlumat verməkdir", - Psaki vurğulayıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az