Facebook iş elanlarında cinsi ayrı-seçkilik iddiaları ilə məhkəmədədir.
Manşet.az-ın xarici mətbuata istinadən məlumatına görə, Facebook-un ana şirkəti Meta, istifadə etdiyi alqoritmin ayrı-seçkilik olduğunu iddia edən dörd yeni şikayətlə üzləşib.
İddialar beynəlxalq qeyri-kommersiya təşkilatı Global Witness-in araşdırmasına əsaslanır və Facebook-un reklam platformasının “gender stereotiplərinə əsaslanan iş elanları” ilə istifadəçiləri hədəf aldığını göstərir.
Mexaniki vəzifələr üçün iş elanları əksəriyyətlə kişi, məktəbəqədər müəllimlər daha çox qadın istifadəçilərə göstərildiyi üçün bu alqoritmin qərəzli qlobal problem olduğu fikirləri irəli sürülüb.
Manşet.az