İsveç narkotik ticarətində təqsirli bilinən şəxsi Türkiyəyə ekstradisiya edib.
Manset.az xəbər verir ki, İsveç dövlət televiziyası SVT-yə danışan Ədliyyə Nazirliyinin Hüquq Komitəsinin sədri Əşrəf Əhməd, “İsveç Ali Məhkəməsi sözügedən şəxsin Türkiyəyə ekstradisiyasına iyunun 12-də qərar verib. Hökumət də bu qərarı qüvvədə saxladı”.
İsveç hökuməti 2013-cü ildə Türkiyədə narkotik cinayətlərinə görə mühakimə olunan və 5 ildir İsveçdə yaşayan şəxsin ekstradisiyasına qərar verib.
Aftonbladet qəzetində yer alan xəbərə görə, 35 yaşlı şəxs ifadəsində terror təşkilatı PKK-ya dəstək verdiyini və gizli ünsiyyət proqramı olan ByLock-u yüklədiyini iddia edərək Türkiyəyə ekstradisiya edilməməsini istəyib. Fətullahçı Terror Təşkilatı (FETÖ). Ekstradisiyasına qərar verilən şəxs 2013-cü ildə Türkiyədə “içində narkotik maddə olan çanta gəzdirmək” ittihamı ilə 4 ildən artıq həbs cəzasına məhkum edilib.
Şərti azadlığa buraxıldıqdan sonra İsveçə gedən şəxs Türkiyə prokurorluğunun tələbi ilə 2022-ci ilin avqustunda bu ölkədə həbs edilib.
Jalə
Manşet.az