Rusların daha bir "Alliqator"u məhv edildi

20:40 - 12 İyun 2023

Rusların daha bir \"Alliqator\"u məhv edildi

Ukrayna hərbçiləri ruslara məxsus Ka-52 "Alliqator" helikopterini məhv edib.

 

Manset.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Əsgərlərimiz düşmənin “Alliqator” kimi tanınan daha bir bahalı Ka-52 hücum helikopterini məhv edib”, - açıqlamada deyilir.

Baş Qərargah helikopterin cəbhənin hansı istiqamətində məhv edildiyini açıqlamayıb.

Qeyd edək ki, Ka-52 Rusiyanın yeni nəsil kəşfiyyat-hücum helikopteridir. Hava vasitəsi döyüş meydanında zirehli və zirehli olmayan texnika, canlı qüvvə və hava hədəflərini vurmaq qabiliyyətinə malikdir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az