“Rusiya Ukrayna ordusunu dayandırmaq üçün əlindən gələni edir” - Zelenski

00:41 - 15 İyul 2023

“Rusiya Ukrayna ordusunu dayandırmaq üçün əlindən gələni edir” - Zelenski

Rusiya Ukraynanın cənubunda və şərqində Silahlı Qüvvələrin hərəkətini dayandırmaq üçün hər cür səy göstərir.

Manset.az  xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski axşam müraciətində bildirib.

"Hər kəs çox aydın - mümkün qədər aydın şəkildə başa düşməlidir ki, bizim cənub və şərq torpaqlarımızdakı Rusiya qoşunları döyüşçülərimizi dayandırmaq üçün əlindən gələni edir. Hər min metrlik irəliləyiş, hər bir döyüş briqadamızın alqışa layiqdir”, - Prezident deyib.

Zelenski həmçinin döyüşçülərə müraciət edərək, düşmən mövqelərinə basqın etdiklərinə və işğalçıların hücumlarını dəf etdiklərinə görə onlara təşəkkür edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az