“Titanik”in rejissoru “Titan” faciəsi haqqında film çəkmək istəyir

09:27 - 15 İyul 2023

“Titanik”in rejissoru “Titan” faciəsi haqqında film çəkmək istəyir

Əfsanəvi “Titanik” filminin rejissoru Ceyms Kemeron “Titan” sualtı aparatının faciəsini lentə almaq istəyir.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, faciəni öyrənmək üçün rejissora kifayət qədər vaxt və pul ayrılacaq.

Bildirilir ki, aktyorlar Mett Deymon və Kumeyl Nancaninin baş rollarda çəkilməsi planlaşdırılır.

Qeyd edək ki, iyunun 18-də Atlantik okeanında “Titanik” gəmisinin qalıqlarına turistik səfər təşkil edən “OceanGate” şirkətinə məxsus “Titan” sualtı qayığı partlayaraq batıb və göyərtədəki 5 nəfər ölüb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az