Krım körpüsündə PARTLAYIŞ: Ölənlər var

08:44 - 17 İyul 2023

Krım körpüsündə PARTLAYIŞ: Ölənlər var

Krım körpüsündə baş verən partlayış nəticəsində azı iki nəfər ölüb.

Manset.az xəbər verir ki, bu barədə "Baza” teleqram kanalı məlumat yayıb.

Məlumata görə, körpüdə baş verən partlayış nəticəsində Rusiya Federasiyasının Belqorod vilayətindən olan turistlərin olduğu avtomobilə ziyan dəyib, 1 nəfər xəsarət alıb.

Daha əvvəl, Krımının qondarma “rəhbəri” Sergey Aksenov teleqramda bildirib ki, fövqəladə vəziyyətlə əlaqədar körpüdə nəqliyyatın hərəkəti dayandırılıb.

"Krasnodar diyarı istiqamətində, 145-ci dayaq məntəqəsində fövqəladə hadisə baş verib. Hüquq-mühafizə orqanları və bütün cavabdeh qurumlar ərazidə işləyir", - o deyib.

Hadisənin təfərrüatları açıqlanmır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az