Onlarla fanatik yəhudi İsrail polisinin müşayiəti ilə işğal altındakı Şərqi Qüdsdəki Əl-Əqsa məscidinə basqın edib.
Manset.az xəbər verir ki, Fələstinin rəsmi agentliyi WAFA-da yer alan xəbərə görə, fanatik yəhudilər çox sayda İsrail polisinin himayəsi altında Meqaribe qapısından Hərəmi-Şərifə daxil olublar.
Məscidül-Əqsanın həyətində bəzi dini ayinlər icra edən fanatik yəhudilər basqın zamanı Hərəmi Şərifdə olan fələstinliləri təhrik etməyə çalışıblar.
Qeyd edək ki, bu basqın daha əvvəldə baş verib.
Jalə
Manşet.az