Rusiyada daha bir təyyarə qəzası: Ölən var

21:45 - 17 İyul 2023

Rusiyada daha bir təyyarə qəzası: Ölən var

Rusiyada Su-25 tipli döyüş təyyarəsinin planlı təlim uçuşu edərkən Krasnodar bölgəsində Azov dənizinə düşüb.

 

Manset.az-ın məlumatına görə, bu barədə RİA Novosti agentliyinə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Krasnodar vilayətinin Yeysk şəhərinin qubernatoru Roman Bublik yazılı açıqlamasında Azov dənizinə düşən Su-25 təyyarəsinin pilotunun həyatını itirdiyini bildirib.

Rusiya mətbuatında yer alan xəbərlərdə pilotun fırlatma oturacağı ilə təyyarədən atıldığı, lakin dənizə düşdükdən sonra paraşütün kəndirlərinə qarışaraq boğularaq öldüyü bildirilir.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az