Amerikalı müğənni-bəstəkar Lana Del Rey restoranların birində ofisiant işləyərkən görüntülənib.
Manset xəbər verir ki, ifaçı restoranda olan pərəstişkarları tərəfindən lentə alınıb. O, bunun fərqinə varanda çəkilişə maneə olmaq istəsə də, daha sonra onlarla foto çəkdirib. Lananın hansı səbəbdən restoranda ofisiant işlədiyi hələlik bəlli deyil
Qeyd edək ki, Lana bir müddət əvvəl musiqiçi Evan Vinikerlə nişanlandığını açıqlamışdı.