Kahramanmaraşda meşə yanğını evlərə də keçdi

19:33 - 23 İyul 2023

Kahramanmaraşda meşə yanğını evlərə də keçdi

Türkiyənin Kahramanmaraş vilayətində meşə yanğınları başlayıb.

 

Manset.az İnterHaber-ə  istinadən bildirir ki, yanğınlar Kahramanmaraşın Onikisubat və Pazarcık rayonlarında baş verib.

Xəbərdarlıq üzərinə 6 helikopter, 2 təyyarə, 20 çiləyici və 90 canlı qüvvə ilə yanğına qarşı mübarizə aparır.

Ekipajlar havadan və yerdən yanğına müdaxilə etməyə davam edir.

Küləyin təsiri ilə qısa müddətdə genişlənən yanğın rayondakı evlərə də keçib. Həmin anları lentə alan vətəndaşlar böyük qorxu yaşadılar.

Videoda yanğını mobil telefonu ilə lentə alan vətəndaşın “Getdi, evlər getdi” deməsi eşidilir.

Qeyd edək ki,  meşəlik ərazidə baş verən yanğının səbəbi bəlli deyil.

Jalə

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az