İranın xəbər agentliyi Bakıda ofis açır?

20:39 - 23 İyul 2023

İranın xəbər agentliyi Bakıda ofis açır?

İranın İRNA Xəbər Agentliyinin Bakıda ofisinin fəaliyyəti bərpa ediləcək. 

 

Manset.az Azpost.info-ya istinadən xəbər verir ki, bu barədə İRNA-nın baş direktoru Əli Nadiri bildirib.

Onun sözlərinə görə, agentlik Azərbaycan dilində sayt yaratmağı və Bakıda ofis açmağı planlaşdırır.

Ə.Nadiri Azərbaycana 4 günlük səfəri çərçivəsində AzərTac xəbər agentliyinin ofisində olub, agentliyin rəhbərliyi ilə görüşüb.

“Ən mühüm qonşularımızdan biri isə Azərbaycan Respublikasıdır və Azərbaycanla münasibətlərin inkişaf etdirilməsi İranda hazırkı hökumət formalaşandan bəri ciddi şəkildə davam etdirilir”-deyə Nadiri bildirib.

Onun sözlərinə görə, yaxın günlərdə İRNA-nın Bakıdakı ofisinin fəaliyyətinin bərpa ediləcək və büroya müxbir ezam olunacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az