İstanbul metrosunda qorxulu anlar: Dava saldığı şəxsə silahla hücum etdi - ANBAAN VİDEO

09:55 - 24 İyul 2023

İstanbul metrosunda qorxulu anlar: Dava saldığı şəxsə silahla hücum etdi - ANBAAN VİDEO

Türkiyənin İstanbul şəhərində metroda təhlükəli anlar yaşanıb.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, Yenikapı-Kirazlı xəttində bir nəfər mübahisə etdiyi şəxsə silahla hücum edib.

Məlumata görə, iki vətəndaş naməlum səbəbdən mübahisə etməyə başlayıb.

Mübahisə tərəflərdən birinin digərinin üzərinə getməsi ilə böyüyüb.

Nəticədə digər şəxs də silahını çıxarıb və digər vətəndaşların qorxmasına səbəb olub.

Hadisədən sonra silah çəkən şəxs digər vətəndaşlar tərəfindən tez bir zamanda hadisə yerindən uzaqlaşdırılaraq metronun qarşısına aparılıb.

Görüntüləri təqdim edirik:


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az