Taliban İran xarici işlər nazirinin İŞİD liderlərinin Əfqanıstana göndərilməsi ilə bağlı iddiasını təkzib edib.
Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, Taliban administrasiyası yanında Əfqanıstan Xarici İşlər Nazirliyinin sözçüsü Əbdül Kahar Belhi İran hakimiyyətini iqtisadi, siyasi və sosial məsələlərdə konstruktiv mövqe tutmağa çağırıb.
Əbdül Kahar Belhi bildirib ki, İranın İŞİD üzvlərinin Əfqanıstana köçürüldüyünə dair hər hansı kəşfiyyat məlumatı varsa, bu barədə əfqan təhlükəsizlik qüvvələrinə lazımi məlumatları verəcəyinə ümid edirik.
Bundan başqa Belhi Taliban hökumətinin “heç kimə” ölkənin təhlükəsizliyini təhdid etməyə və ya “öz ərazilərindən başqalarına qarşı istifadə etməyə” icazə verməyəcəyini iddia edib.
Qeyd edək ki, ötən həftə İranın xarici işlər naziri Hüseyn Əmirabdullahiyan dövlət televiziyasına verdiyi müsahibədə İŞİD liderlərinin son aylarda İraq, Suriya və Liviyadan Əfqanıstana göndərildiyini bildirib. Həmçinin, bunu “Taliban”ın üzləşdiyi problemlərdən biri olduğunu deyib. Əl-Cəzirə telekanalının xəbərinə görə İŞİD-in Xorasandakı qolu (İSKP) İrandakı bəzi hücumların məsuliyyətini öz üzərinə götürərək Taliban hakimiyyətinə böyük bir təhlükə yaradır.
Aygün