Yeni Zelandiyanın ədliyyə naziri, LGBT üzvü olan Kiri Allan sərxoş vəziyyətdə avtomobil idarə edərkən qəzaya uğradıqdan sonra istefa verib.
Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, 39 yaşlı nazir diqqətsiz avtomobil idarə etmək və polisə müqavimət göstərməkdə ittiham olunur.
Mövzu ilə bağlı Yeni Zelandiyanın baş naziri Kris Hipkins mətbuat konfransı keçirib. O bildirib ki, nazirlik onun vəzifəsinə davam etməsini qeyri mümkün hesab edir. Xüsusilə də ədliyyə naziri kimi...
Qeyd edək ki, bazar günü gecə baş verən yol qəzasında ölən və ya xəsarət alan olmayıb. Polis bölməsində dörd saat qalan Kiri Allan daha sonra sərbəst buraxılıb. Allan ona qarşı irəli sürülən ittihamlarla əlaqədar olaraq məhkəmə qarşısına çıxacaq. Sabiq nazir hələlik deputat kimi fəaliyyətinə davam edəcək. Həmçinin, Kiri Allan əvvəllər digər nazir vəzifələrində də çalışıb. O, partnyoru ilə ayrıldıqdan sonra işçiləri ilə münasibətləri korllanıb. Hətta bu yaxınlarda şəxsi çətinliklər ucbatından məzuniyyətə getdiyi də məlum olub.
Aygün
Manşet.az