Dəmət Özdəmirin yeni sevgilisi görün kimdir

12:03 - 24 İyul 2023

Dəmət Özdəmirin yeni sevgilisi görün kimdir

Türkiyəli aktrisa Dəmət Özdəmirin yunan dicey Sergio ilə yeni münasibətə başladığı məlum olub.

 

Manset.az xəbər verir ki, aktrisa yunan diceyin fotosunu sosial media hesabından gözmuncuğu işarəsi qoyaraq paylaşıb.

Bu da öz növbəsində son zamanlar tez-tez Yunanıstana səyahət edən Dəmət Özdəmirin yeni eşq yaşadığı iddialarını gücləndirib.

Bundan başqa, aktrisa Yunanıstanda özünə 1 milyon avro dəyərində ev alıb və vətəndaşlıq almaq üçün də müraciət edib. Cütlüyün bir neçə aydır münasibətdə olduğu deyilir.

Qeyd edək ki, Dəmət müğənni Oğuzhan Koçla ötən ilin avqustunda nikah masasına oturmuşdu. Mayın 8-də isə rəsmi şəkildə boşanıblar.

Aygün

Manset.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az