Pakistanda daşqınlarda ölənlərin sayı 133 nəfərə çatıb

14:34 - 24 İyul 2023

Pakistanda daşqınlarda ölənlərin sayı 133 nəfərə çatıb

Pakistanda son bir ayda yağan güclü musson yağışları nəticəsində yaranan sel və torpaq sürüşmələrində həyatını itirənlərin sayı 133-ə yüksəlib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Pakistanda iyunun 24-dən yağan musson yağışları ölkədə həyatı iflic edib. Bu gün edilən açıqlamaya görə isə 1 aylıq müddətdə həyatını itirənlərin sayı 133 nəfərə çatıb.

Xayber Paxtunxva əyalətinin Çitral, Dir və Battaqram şəhərlərində sürüşmə səbəbindən yollar nəqliyyatın hərəkətinə bağlanıb. Lakin hakimiyyət dağlıq bölgələrdə nəqliyyatın hərəkətini yenidən açmaq üçün səylərini davam etdirir.

Şərqi Pəncab əyalətinin Jelum, Sutlej və Çenap şəhərlərində güclü yağışlar çayların daşmasına səbəb olub və bölgədə isə daşqın xəbərdarlığı edilib. Ölkədə davam edən musson yağışları ilə əlaqədar yerli əhaliyə və turistlərə lüzumsuz səyahətlərdən çəkinmələri tövsiyə olunub.

Qeyd edək ki, ötən il ölkədə musson yağışları səbəbindən 1739 nəfər həyatını itirib.

Aygün

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az