İran bu səbəbdən film festivalını qadağan etdi

15:02 - 24 İyul 2023

İran bu səbəbdən film festivalını qadağan etdi

İran hakimiyyəti tanıtım afişasında hicabsız aktrisanın şəkli əks olunduğu üçün 13-cü İran Qısa Film Festivalını qadağan edib.

 

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İran dövlət xəbər agentliyi məlumat yayıb. Beləki, İran Mədəniyyət Nazirliyi afişada hicabsız qadın fotosu istifadə edərək qanunları pozduğu üçün festivalın keçirilməsinə qadağa qoyub.  

13-cü İran Qısa Film Festivalının posterində iranlı aktrisa Susan Tasliminin "Death of Yazdgerd” filmindən çəkilmiş fotoşəkili yer alıb. Festivalın sentyabr ayına keçirilməsi planlaşdırılırdı.

Qeyd dək ki, İranda "İslam İnqilabı"ndan 4 il sonra, 1983-cü ildə qadınların saçlarını və boyunlarını örtmək üçün hicab taxmaları məcburi edilib. Digər tərəfdən, keçən sentyabr ayında qadınlar hicab tələbinin ləğvi üçün etiraz aksiyaları təşkil etmişdilər.

Aygün

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az