Təyyarə evin damına düşdü

15:45 - 24 İyul 2023

Təyyarə evin damına düşdü

ABŞ-ın Texas ştatında şəxsi təyyarə evin damına düşüb.

 

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində pilot və iki sərnişin xəsarət alıb.

Təyyarə Corctaun Executive Hava Limanı yaxınlığında eniş etmək istəyərkən baş verib.

Tək mühərrikli Beech BE35 təyyarəsinin necə qəzaya uğradığı ilə bağlı araşdırma aparılır. Sərnişinlər qəzadan möcüzəvi şəkildə yüngül xəsarətlərlə xilas olublar.

Həmin üç nəfər xəstəxanaya yerləşdirilib və günortadan sonra evə buraxılıb. Bundan başqa, təyyarənin qəzaya uğradığı evin boş olması hadisənin böyük itkilərlə nəticələnməsinin qarşısını alıb.

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az