İran neft ehtiyatlarına görə dünyanın zəngin ölkələri siyahısında olsa da, eyni zamanda yoxsul ölkələri siyahısında da yer alıb.
Manset.az Azadİran-a istinadən xəbər verir ki, İranın OPEK-dəki (Neft İxrac Edən Ölkələr Birliyi) keçmiş nümayəndəsi Hüseyn Kazımpur Ərdəbili İranın daxili güc və səylərinə arxalanaraq dünyanın neft ehtiyatları cədvəlində 3-cü yeri tutduğunu bildirib.
Qeyd edək ki, İranın sözügedən cədvəldə yer almasına baxmayaraq, endirimlər və sanksiyalardan yayınma xərcləri səbəbindən ümumi neft ixracının gəlirləri heç də dövlət büdcəsinə uyğun gəlmir. Buna görə də İran həm də dünyanın yoxsul ölkələri siyahısında yer alıb.
Aygün
Manşet.az