Çində idman zalının damı uçdu - 11 nəfər öldü

16:37 - 24 İyul 2023

Çində idman zalının damı uçdu - 11 nəfər öldü

Çinin Heilongjiang əyalətində məktəbin idman zalının damının uçması nəticəsində 11 nəfər həyatını itirib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə bazar günü axşam saatlarında baş verib.

Xinhua xəbər agentliyinin məlumatına görə, çökmə zamanı zalda 19 nəfər olub. Dağıntılar altından 4 nəfər öz imkanları ilə xilas olub, 15 nəfər isə köməksiz vəziyyətdə qalıb. Bölgə yanğınsöndürmə və xilasetmə qrupları dağıntılar altından 11 nəfərin cəsədlərini çıxarıb. Digər 4 nəfər isə yaralı olaraq xilas edilib.

İlkin araşdırmaya görə müəyyən edilib ki, idman zalının tikintisi zamanı dam örtüyündə qanunsuz olaraq perlitdən istifadə edilib.

Bu maddənin yağış zamanı suyu özünə çəkdiyi və ağırlaşaraq damın çökməsinə səbəb olduğu bildirilib.

Araşdırmalar çərçivəsində damın tikintisi ilə məşğul olan şəxslər saxlanılıb.

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az