Türkiyədə meşə yanğını: Sakinlər təxliyə edildi

19:10 - 24 İyul 2023

Türkiyədə meşə yanğını: Sakinlər təxliyə edildi

Bu gün saat 13.30 radələrində Türkiyənin Saruhanlı rayonunun Hatiplər rayonunda meşə sahəsində meşə yanğını baş verib.

 

Bu barəə Manset.az Haber Global-a istinadən məlumat verir.

Baş verən yanğında Manisa Meşə Müdirliyinə aid 39 çiləyici, 4 su təchizatı maşını, 3 dozer və Manisa Böyükşəhər Bələdiyyəsi Yanğınsöndürmə briqadası yanğına qurudan, İzmir Meşə Region Müdirliyinə bağlı 10 təyyarə və 19 helikopter isə havadan müdaxilə edir.

Həmçinin  yanğın küləyin təsiri ilə Hatiplər rayonundan Sarısığırlı rayonuna keçib. Kənd məhəlləsində çox sayda evin yandığı bildirilib. 

Yanğında qapalı qalan vətəndaşlar jandarma tərəfindən təhlükəsiz bölgələrə təxliyə edilib.

Alovların havadan və qurudan idarə olunması üçün səylər davam edir.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az