Köpək balıqları dənizə atılan narkotiklərdən sonra....

19:25 - 24 İyul 2023

Köpək balıqları dənizə atılan narkotiklərdən sonra....

ABŞ-ın Florida sahillərində aparılan araşdırmada, köpək balıqlarının dənizə atılan kokain balyaları səbəbiylə təbiətlərinə zidd davranışlar və "sanki halüsinasiyalar" sərgilədikləri bildirilib.

 

Manset.az-ın The Guardian-a istinadən verdiyi məlumata görə,  Floridadakı Mote Dəniz Laboratoriyasında tədqiqatçı olaraq çalışan Dr. Treysi Fanara və komandası Florida sularında fəaliyyət göstərən narkotik tacirləri tərəfindən okeana buraxılan kokain paketlərinin dəniz həyatına təsirini öyrənilib.

Floridanın cənub ucundakı adaların ətrafında 6 gün ərzində köpək balıqlarını müşahidə edən tədqiqatçılar, balıqların qeyri-adi davranışlar sərgilədiyini müəyyən ediblər.

Tədqiqatçılar, adətən insanlardan qaçan Hammerhead Shark-ın kokain qəbul etdikdən sonra insanlara tərəf üzdüyünü və xəyali bir ovun ətrafında halüsinasiya edən bir qum köpəkbalığının dövrə vurduğunu müşahidə etdilər.

Eksperimental məqsədlə suya kokain yerinə balıq yemi bağlamaları atan tədqiqatçılar, köpək balıqlarının balyalara hücum etdiyini qeyd ediblər.

Fanara və komandası araşdırmalarını davam etdirmək və köpək balıqlarının istehlak etdiyi kokaini aşkar etmək üçün balıqlardan qan nümunələri almağı planlaşdırır.

Jalə

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv