Uşağın qopan başını yerinə tikdilər - FOTO

00:00 - 25 İyul 2023

Uşağın qopan başını yerinə tikdilər - FOTO

İsraildə tibb elmində nadir görülən əməliyyatlardan biri uğurlu nəticələnib.

 

Manset.az lent.az-a istinadən bildirir ki, cərrahlar ağır yol qəzasında başı bədənindən ayrılan 12 yaşlı fələstinli uşağın başını yerinə tikə biliblər.

Süleyman Həsənin bu əməliyyatdan sonra hərəkətsiz qalacağı düşünülsə də, o artıq ayağa qalxa bilib və hərəkət funksiyaları bərpa olunub.

Fələstinli Süleyman Həsən velosiped sürərkən maşın altında qalıb. Hadisə nəticəsində başın boyundan daxili qopması faktı qeydə alınıb. Fiziki olaraq oğlanın başı bədəninə bitişik görünsə də, rengen müayinəsində kəlllə sümüyünün onurğadan tamamilə qopduğu görünüb. Cərrah Oxad Eynav bir neçə saat davam edən əməliyyatdan sonra uşağın həyatını xilas edə və adını tibb tarixinə qızıl hərflərlə yazdıra bilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az