Rusiya prezidenti Vladimir Putin Rusiyada cinsiyyətin dəyişdirilməsi əməliyyatını qadağan edən fərmanı təsdiqləyib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Vladimir Putinin imzaladığı fərmanla artıq Rusiyada cinsiyyət dəyişdirmə əməliyyatları və hormon terapiyası aparılmayacaq.
“Rusiya vətəndaşlarının sağlamlığının qorunması prinsipləri haqqında qanun” başlığı ilə qəbul edilən fərmanda bildirlib ki, bundan sonra cinsini dəyişmək və hormon müalicəsi almaq istəyənlər səhiyyə müəssisələrinə müraciət edə bilməyəcək.
Fərmanda cinsini dəyişmiş və əvvəllər nikah bağlamış şəxslərin nikahlarının etibarsız sayılacağı qeyd olunub. Həmçinin, bu şəxslər övladlıq götür bilməyəcəklər. Yalnız cinsiyyət orqanında anadangəlmə qüsuru olan şəxslərin cinsiyyət dəyişdirmə əməliyyatı və hormon terapiyası keçirə biləcəyi bildirilib.
Fərmanda bu qərarın Rusiya ailə quruluşunu, konstitusiya əxlaqi əsaslarını, Rusiya vətəndaşlarının və uşaqların sağlamlığını qorumaq məqsədi ilə qəbul edildiyi vurğulanıb.
Aygün
Manşet.az