Əlcəzairdə meşə yanğınları 15 can aldı

10:57 - 25 İyul 2023

Əlcəzairdə meşə yanğınları 15 can aldı

Əlcəzairin müxtəlif şəhərlərində davam edən meşə yanğınlarında 15 nəfərin həyatını itirdiyi, 26 nəfərin isə yaralandığı bildirilib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Əlcəzairdə dünən gecə saatlarından etibarən 16 şəhərdə 97 fərqli nöqtədə meşə və əkinçilik sahələrində başlanan yanğınların bir hissəsinin kəndlərə də keçdiyi deyilir.

Açıqlamaya bildirilib ki, ərazidən 500 nəfər təxliyə edilib.

Qeyd edək ki, Meteorologiya İnstitutu dünən cari istilik səviyyəsini narıncıdan qırmızıya yüksəldib. Təxminən bir aya yaxındır ki, ölkədə rekord temperatur müşahidə olunur. Paytaxtda istilik 48 dərəcəyə, digər bölgələrdə isə 50 dərəcəyə çatıb. Əlcəzair səlahiyyətliləri həftələrdir davam edən istinin meşə yanğınlarına səbəb ola biləcəyini bildirmişdi.

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az