Daha bir ölkə Qurana hücumu pisləyib

16:44 - 25 İyul 2023

Daha bir ölkə Qurana hücumu pisləyib

Danimarka xarici işlər naziri Lars Lökke Rasmussen İraq səfirliyi qarşısında Quran-Kərimin yandırıldığı təxribat xarakterli hərəkəti pisləyib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, nazir bu sözləri Danimarka Xarici İşlər Nazirliyinin Twitter hesabında edilən paylaşımda bildirib.

Nazir Rasmussenin qeyd edib ki, bu təxribatçı və utanc verici hərəkətlər Danimarka hökumətinin baxışını əks etdirmir. Hər kəsi gərginliyi azaltmağa çağırıram. Şiddət heç vaxt cavab olmamalıdır.

Xatırladaq ki, Danimarkada İslam əleyhdarı və ifrat millətçi “Danske Patrioter (Danimarka Patriotları)” marginal qruplaşmasının üzvləri Kopenhagendə İran, sonra isə İraq səfirliyi qarşısında Quranı yandırıblar. İyulun 22-də İraqın Kopenhagendəki səfirliyi qarşısında Quranı yandıran qrup daha əvvəl də Türkiyənin Kopenhagen səfirliyi qarşısında Türkiyə bayrağına və Qurana hücum edərək İslamı təhqir etmişdi. Danimarka iyulun 22-də Qurani-Kərimin yandırılmasını pislədiyini bəyan edib.

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az