Bəzi ölkələrdən balıq və dəniz məhsullarının idxalı - QADAĞAN EDİLDİ

18:03 - 25 İyul 2023

Bəzi ölkələrdən balıq və dəniz məhsullarının idxalı - QADAĞAN EDİLDİ

Rusiya dost olmayan ölkələrdən hazır balıq və dəniz məhsullarının idxalına qadağa qoyub.

 

Bu barədə Manset.az xarici KİV-ə istinadən məlumat verir.

Rusiya İqtisadi İnkişaf Nazirliyindən verilən açıqlamada Qərb ölkələrinin sanksiyalarına qarşı əlavə əks addımların atılmağa davam etdiyi qeyd olunub.

Bu çərçivədə bəyanatda dost olmayan ölkələrdən hazır balıq və dəniz məhsullarının idxalına qadağa qoyulduğu, adı çəkilən ölkələrdən şərab idxalına tətbiq edilən gömrük rüsumunun 12,5 faizdən 20 faizə qaldırılmasına qərar verildiyi bildirilib.

Açıqlamada yerli istehsalçıların sözügedən məhsulların AB, ABŞ və Norveçdən idxalını dayandırmaqla bazardakı boşluğu dolduracağı vurğulanıb.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az