"Fransada havaya qalxan sərnişin təyyarəsinə texniki baxış keçirilmədiyi anlaşılınca geri qayıdıb"
Manset.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Fransadan İtaliyaya getmək üçün 180 sərnişinlə Parisdən havaya qalxan sərnişin təyyarəsi texniki nəzarət olmadan havaya qalxıb. Havaya qalxdıqdan qısa müddət sonra son texniki yoxlamasını unutduğu anlaşılan təyyarə yenidən Parisə eniş edib.
EasyJet Hava Yolları ilə əlaqəli olan sərnişin təyyarəsinin pilotu 'texniki nəzarətdəki səhlənkarlıq' səbəbiylə Şarl de Qoll hava limanına yenidən enəcəklərini bildirərək sərnişinlərə məlumat verib.
Pilot səhlənkarlığa görə sərnişinlərdən üzr istəyib və belə halın nadir hallarda baş verdiyini bildirib.
Aviaşirkət hadisəni təsdiqləsə də, sərnişinlər təxminən 3 saat yarım sonra başqa təyyarə ilə Palermoya gedib.
Jalə
Manşet.az