Putin Türkiyəyə səfər edə bilər - Köməkçisi açıqladı

21:06 - 25 İyul 2023

Putin Türkiyəyə səfər edə bilər - Köməkçisi açıqladı

Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfəri ilə bağlı planlar var.

 

Manset.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Yuri Uşakov bildirib.

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla təmaslara gəlincə, mən təsdiq edə bilərəm ki, həm Türkiyə, həm də Rusiya tərəfinin prezidentimizin Türkiyəyə səfəri ilə bağlı planları var, lakin biz hələlik konkret tarixlər barədə razılığa gəlməmişik”, - deyə o qeyd edib.

Uşakov vurğulayıb ki, Putinin Çinə səfəri ilə bağlı da planlar var.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az