Rusiya ABŞ-a məxsus PUA-ya atəş açdı

22:24 - 25 İyul 2023

Rusiya ABŞ-a məxsus PUA-ya atəş açdı

Suriya səmasında Rusiya qırıcısı ABŞ-a məxsus MQ-9 PUA-sına atəş açıb.

 

Manset.az xəbər verir ki, bu barədə “Quardian” nəşri məlumat yayıb.

Məlumata görə, insident iyulun 23-də baş verib.

ABŞ Hərbi Hava Qüvvələrinin Yaxın Şərqdəki 9-cu komandanı general-leytenant Aleks Qrinkeviç bildirib ki, PUA-nın pərinə ciddi ziyan dəyib:

“Biz Suriyadakı Rusiya qüvvələrini bu ehtiyatsız, səbəbsiz və qeyri-peşəkar davranışa dərhal son qoymağa çağırırıq”.

Qrinkeviçin sözlərinə görə, dronu uzaqdan idarə edən ekipaj üzvlərindən biri onu havada saxlayaraq bazaya qaytarıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az