ABŞ Prezidenti Co Bayden Ağ evdə çıxışı zamanı səhvə yol verib.
Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, ölkədə koronavirusdan ümumilikdə 100-dən çox insanın öldüyünü deyib.
“Pandemiya səbəbindən itki hissini hələ də yaşayırıq. Qeyd etdiyim kimi, 100-dən çox insan öldü. Bu, mətbəx masası ətrafında 100 boş oturacaq deməkdir”, - amerikalı lider deyib.
Ağ evin yayımladığı stenoqramda deyilir ki, ABŞ Prezidenti koronavirusdan 100-dən deyil, 1 milyondan çox insanın öldüyünü deməli idi.
Qeyd edək ki, ötən ilin noyabrda Baydenin 80 yaşı tamam olub. O, çıxışları zamanı tez-tez səhvələrə yol verir.