Rusiya prezidenti Vladimir Putinin prezident Rəcəb Tayyib Ərdoğanla görüşü planlaşdırılıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bunu Kremlin xarici siyasət üzrə müşaviri Yuri Uşakov jurnalistlərə açıqlaması zamanı deyib.
Yuri Uşakovun sözlərinə görə Rusiya prezidentinin avqustda Türkiyəyə səfər edəcəyi gözlənilir. Bildirilib ki, Vladimir Putin Ərdoğanın prezident seçkilərində qalib gəlməsindən dərhal sonra Türkiyəyə gələcəyinə dair söz verib:
“Təsdiq edə bilərəm ki, həm Türkiyə, həm də Rusiya tərəfinin Putinin Türkiyəyə səfəri ilə bağlı planları var. Lakin hələlik görüşlə bağlı konkret tarix və vaxt barədə razılığa gəlməmişik”.
Aygün
Manşet.az