BMT-nin "müqəddəs kitab" qərarı

14:41 - 26 İyul 2023

BMT-nin \"müqəddəs kitab\" qərarı

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında (BMT) müqəddəs kitablara qarşı zorakılığı beynəlxalq hüququn pozulması kimi tanıyan və bu cür hərəkətləri qəti şəkildə pisləyən qətnamə layihəsi qəbul edilib.

 

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatına (BMT) qətnamə layihəsini Mərakeş təqdim edib.

Qətnamə layihəsi yekdilliklə qəbul edilib. Qətnaməyə əsasən dini inanclarına, müqəddəs kitablarına və dini yerlərə görə insanlara qarşı hər cür zorakılıq şiddətlə pislənilib.

Qeyq edək ki, qətnamədə ayrı-ayrı şəxslərə dini və ya əqidəsinə görə törədilən bütün zorakılıq hərəkətləri, o cümlədən dini simvollara, müqəddəs kitablara, evlərə, iş yerlərinə, mülklərinə, məktəblərə, mədəniyyət evlərinə və ayrı-ayrı şəxslərin ibadət yerlərinə qarşı törədilən zorakılıq hərəkətləri beynəlxalq hüququn pozulması kimi xarakterizə edilib.

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az