ABŞ ordusu Rusiya qırıcısının MQ-9 Reaper pilotsuz uçuş aparatına (PUA) bir neçə metr yaxınlaşdığını və məşəl atəşi ilə onu zədələdiyini açıqlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, insident çərşənbə axşamı Suriya hava məkanında baş verib.
ABŞ-ın yüksək rütbəli hərbi rəsmisi PUA-nın pərvanəsinə ciddi ziyan dəydiyini bildirib. Rəsmi Rusiya təyyarəsinin davranışının PUA-nı vurmaq məqsədi daşıdığına diqqət çəkib.
Qeyd edək ki, bu, son bir ayda Suriya hava məkanında ABŞ və Rusiyanı üz-üzə gətirən ikinci insidentdir. Keçən günlərdə Rusiya döyüş təyyarəsi ABŞ ordusuna aid müşahidə təyyarəsinə təhlükəli şəkildə yaxınlaşmışdı. Pentaqon təyyarədəki 4 şəxsi heyətin həyatının təhlükə altında olduğunu vurğulamışdı. ABŞ Mərkəzi Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Aleks Qrinkeviç açıqlamasında bildirmişdi ki, Suriyadakı Rusiya qüvvələrini lazımsız və məsuliyyətsiz davranışlarına son qoymağa çağırırıq.
Aygün
Manşet.az