Sudanın paytaxtı Xartumda qum fırtınası baş verib.
Bu barədə Manset.az Haber Global-a istinadən məlumat verir ki, səma toz buludu ilə örtülüb.
Görünüşün xeyli azaldığı şəhərdə nəqliyyatın hərəkətində problemlər yaranıb.
Səma toz buludu ilə örtüldüyü bir vaxtda daxili münaqişələr səbəbindən qida böhranının yaşandığı Xartumda tənəffüs çətinliyi yaşayan insanlara mümkün qədər çölə çıxmamaq tövsiyə edilib.
Jalə
Manşet.az