Türkiyənin Kütahya vilayətində meşə yanğınları başlayıb.
Manset.az-ın məlumatına görə, hadisə Tavşanlı rayonunda qeydə alınıb.
Məlumata əsasən, rayonun Tavşanlı və Gevreklər kəndləri arasındakı meşəlik ərazidə naməlum səbəbdən yanğın baş verib.
Yanğının söndürülməsi ətraf vilayət və rayonlardan bölgəyə göndərilmiş 21 çiləyici, 8 su təchizatı maşını, 8 dozer və 11 bələdiyyənin yanğınsöndürən maşını, su tankeri və 5 quru briqadası olmaqla 220 canlı qüvvə ilə davam edir.
İstanbuldan tələb olunan helikopterin Beykozdakı yanğın səbəbilə geri döndüyü və alovlara hazırda yalnız qurudan müdaxilə edildiyi bildirilib.
Jalə
Manşet.az